Bütün xəbərlər
Türkiyədə deputatın terrorçularla şəkilləri üzə çıxdı - Fotolar
Tarix: 10-01-2022 00:03 | Bölmə: Dünya

                 Türkiyədə deputatın terrorçularla şəkilləri üzə çıxdı



Türkiyə parlamentinin HDP-dən olan deputatı Səmra Gözəlin PKK terror təşkilatının üzvləri ilə bir arada olduğunu əks etdirən görüntülər üzə çıxıb.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, fotolar zərərsizləşdirilən terrorçunun telefonunda aşkarlanıb.
Bildirilib ki, “Koçero Meleti” kod adlı terrorçu Volkan Bora 2017-ci ildə Adıyamanda məhv edilib. Onun üzərindən çıxan telefon isə götürülüb.
O telefondan HDP-li millət vəkili Səmra Gözəlin terror kamplarında terrorçularla çəkilmiş fotoları əldə edilib.
Terrorçu Volkan Bora ilə S.Gözəlin eyni dönəmdə Harran Universitetində oxuduqları və tanış olduqları müəyyənləşdirilib.
Volkan Bora universiteti bitirdikdən sonra təşkilata yaxın media orqanlarında müxbir kimi işləyib və sonra terrorçulara qoşulub.
Faktla bağlı Ankara Respublika Prokurorluğunda istintaq aparılır. Toxunulmazlığının ləğvi tələb edilən deputatlar arasında S.Gözəl də var.








Baxış sayı: 285


Bölməyə aid digər xəbərlər