Bütün xəbərlər
Türkiyədə leysan həyatı iflic etdi - Fotolar
Tarix: 09-01-2022 17:57 | Bölmə: Dünya

                      Türkiyədə leysan həyatı iflic etdi


Türkiyə ərazisində hökm sürən əlverişsiz və yağıntılı hava şəraiti bir sıra bölgələrdə fəsadlar törədib.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, ölkənin Muğla vilayətində yağan leysan yağışları ərazidə su daşqınları yaradıb.
Çox sayda ev və iş yeri, eləcə də əkin ərazilərini su basıb.
Muğlanın turizm bölgələri olan Marmaris və Bodrum rayonlarında da analoji hal müşahidə edilib. Bölgədə təsirli olan dolu yağışı səbəbindən çox sayda avtomobil və qayığa ciddi ziyan dəyib. Bəzi iş yerlərinin dam örtükləri yararsız hala düşüb.
Baş verən torpaq sürüşməsi səbəbindən bir sıra magistral yollarda hərəkət məhdudiyyətləri yaranıb.



























Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər