21:48 / 23-01-2022
Şeyma Mayamidə kafe açır
Türkiyədən İstanbul-İrəvan uçuşları ilə bağlı Ermənistana müraciət
Tarix: 04-01-2022 21:03 | Bölmə: Dünya

                  Türkiyədən İstanbul-İrəvan uçuşları ilə bağlı Ermənistana müraciət



Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.
“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən məlumatına görə, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib.
Onun sözlərinə görə, şirkət fevral ayından etibarən İstanbul-İrəvan arasında həftədə iki dəfə uçuş həyata keçirmək üçün müraciət edib.
Xatırladaq ki, dekabrın 16-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara İstanbul-İrəvan-İstanbul reyslərinin açılması üçün Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxır. Dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur nazirinin bəyanatına əsasən, “Pegasus” aviaşirkəti İrəvana uçuşlar həyata keçirəcək.
Dekabrın 24-də isə “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər