Bütün xəbərlər
Saakaşvili balı qaytarıb, hökuməti istefa ilə hədələdi
Tarix: 11-10-2021 23:15 | Bölmə: Dünya

                 Saakaşvili balı qaytarıb, hökuməti istefa ilə hədələdi


Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili qida olaraq qəbul etdiyi balı həbsxana rəhbərliyinə geri qaytarıb və hökuməti istefa ilə hədələyib.
“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, Saakaşvili bununla bağlı həbsxanadan məktub yollayıb. O, Baş nazir İrakli Qaribaşvilinin “Saakaşvilinin həbsi hamıdan çox müxalif partiyanın hazırkı sədri Nika Meliyanı sevindirdi” sözlərinə cavab verib.
“Melia və mən gürcü xalqı ilə birlikdə sizi tezliklə ofislərinizdən qovub ölkəni azad edəcəyik”, - deyə eks-prezident məktubunda bildirib.



Baxış sayı: 314


Bölməyə aid digər xəbərlər