Bütün xəbərlər
Saakaşvili aclıq aksiyasını dayandırdı
Tarix: 09-10-2021 00:34 | Bölmə: Dünya

                     Saakaşvili aclıq aksiyasını dayandırdı

Gürcüstanın aclıq aksiyası keçirən üçüncü prezidenti Mixail Saakaşvili 8 gündür davam edən aclıq aksiyasını dayandırıb.
“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Xüsusi Penitensiar Xidmətinin rəisi Nika Tsxvaraşvili təsdiqləyib. O bildirib ki, Saakaşvili bal və təbii şirələr qəbul edib:
“Onun üçün xüsusi olaraq kart hazırlanmışdı. Müxtəlif qida məhsulları əlçatan idi, sifarişindən sonra məlum olub ki, bir neçə banka bal və bir neçə litr təbii şirə sifariş edib. Duru yeməklər qəbul etməyə başlayıb”.


Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər