09:48 / 25-10-2021
Nizami Muradoğlu vəfat etdi
“Zəngəzur dəhlizi açılarsa, münasibətlərdəki çətinlik aradan qalxar” - Ərdoğan
Tarix: 19-09-2021 15:17 | Bölmə: Dünya

                     “Zəngəzur dəhlizi açılarsa, münasibətlərdəki çətinlik aradan qalxar”


“Zəngəzur dəhlizinin açılması siyasi bir məsələdir”.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan onunla görüşmək istəyən erməni Baş nazir Nikol Paşinyana şərtini irəli sürüb:
“Tayyib Ərdoğanla görüşməyi arzu edirsənsə, müəyyən addımlar atmalısan. Görüşlərə qapalı deyilik. Ancaq müsbət bir yanaşma göstərib bəlli addımlar atılmalıdır. Gürcüstanın Baş naziri Paşinyanın dialoq təklifini mənə çatdırıb. Əgər bu mövzuda səmimidirsə, mən də səmimiyyətimi ortaya qoyaram və diplomatiyanı buradan başladarıq. İnşallah, Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik dəhlizlərin açılması ilə aradan qalxar”.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər