Bütün xəbərlər
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
Tarix: 07-09-2021 22:22 | Bölmə: Dünya

                     Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu



Gürcüstanın keçmiş müdafiə naziri, “Formula” telekanalının təsisçisi David Kezeraşvili 5 il azadlıqdan məhrum edilib.
“Qafqazinfo” vestikavkaza.ru-ya istinadən xəbər verir ki, müvafiq hökm Gürcüstan Ali Məhkəməsi tərəfindən verilib. 
Kezeraşvili Müdafiə Nazirliyinin layihəsi ilə bağlı 5 milyon 60 min avronun mənimsənilməsində ittiham olunur. Ona qarşı 7 cinayət işi açılıb.
Qeyd edək ki, Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub.



Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər