Bütün xəbərlər
Meksika televiziyasında Şuşa haqqında reportaj - Fotolar
Tarix: 03-09-2021 09:19 | Bölmə: Dünya

                  Meksika televiziyasında Şuşa haqqında reportaj


Meksikanın geniş izləyici kütləsinə malik “Canal Once” dövlət televiziyasının “Xəbərlər” proqramında işğaldan azad olunmuş ərazilərimizə səfər etmiş tanınmış meksikalı jurnalist Federiko Lamontun Şuşada səfir Məmməd Talıbovdan bölgədəki vəziyyət barədə götürdüyü müsahibə efirə gedib.
Azərbaycanın Meksikadakı Səfirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, müsahibədə əsası Pənahəli xan tərəfindən qoyulmuş Şuşanın Azərbaycan üçün xüsusi coğrafi-siyasi və tarixi-mədəni əhəmiyyət kəsb etdiyini bildirən səfir şəhərin işğaldan azad edilməsinin hər bir azərbaycanlı üçün böyük əhəmiyyət daşıdığını söyləyib.
Hazırda 30 ilə yaxın işğal atında olmuş və erməni vandalizminə məruz qalmış işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərinin aparıldığı qeyd olunub, Azərbaycanın qarşısında duran ən vacib məqsədlərin bu ərazilərin yaşayış infrastrukturunun yenidən qurulması və azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtmasının təmin edilməsi olduğu bildirilib.
Sonra azad edilmiş ərazilərdə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığı, habelə işğaldan ziyan görmüş ərazilərdə mülkü yaşayış infrastrukturunun tamamilə məhv edildiyi barədə məlumat verilib, hazırda Azərbaycan tərəfindən həmin ərazilərin minalardan təmizlənməsi istiqamətində işlərin görüldüyü qeyd olunub.
Müxbirin tanınmış fransız yazıçı Aleksandr Dümanı şahmatda məğlub edən görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvan barəsində sualına cavab verən səfir onun sonuncu Qarabağ xanının qızı olduğunu, Xurşidbanu Natəvan kimi, Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin Şuşada anadan olduğunu söyləyib. Bir çox mədəni abidələr kimi, Xan qızı Natəvanın sarayının da erməni vandalizminə məruz qaldığı təəssüflə qeyd edilib.






Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər