Bütün xəbərlər
Putin Makronla Qarabağı müzakirə edib
Tarix: 20-08-2021 01:43 | Bölmə: Dünya

Putin Makronla Qarabağı müzakirə edib


Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezindeti Emmanuel Makron arasında telefon danışığı olub.
Trend-in Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti fransalı həmkarının xahişi ilə ona Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Qarabağla bağlı üçtərəfli bəyanatlarının icrasının gedişatı barədə danışıb:
"Bildirilib ki, bölgədə vəziyyət sabitdir, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımlar atılır".




Baxış sayı: 269


Bölməyə aid digər xəbərlər