12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Qırğızıstanın keçmiş Baş naziri də həbs edildi
Tarix: 03-06-2021 01:56 | Bölmə: Dünya

                   Qırğızıstanın keçmiş Baş naziri də həbs edildi



Qırğızıstanın keçmiş Baş naziri Omurbek Babanov da həbs edilib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, “Kumtor” qızıl mədəninin işlənməsi layihəsinin həyata keçirilməsində korrupsiya əməllərinə yol verməkdə şübhəli bilinir. Babanov haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, mayın 31-də xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Omurbek Babanov Almazbek Atambayevin prezidentliyi dövründə Baş nazir vəzifəsini icra edib və 2017-ci ilin prezident seçkilərində Sooronbay Jeenbekovun əsas rəqibi olub.
Xatırladaq ki, ötən gün Qırğızıstanın sabiq prezidenti Sooronbay Jeenbekovun qardaşı, parlamentin keçmiş spikeri Asılbek Jeenbekov da korrupsiya ittihamı ilə həbs edilib.



Baxış sayı: 362


Bölməyə aid digər xəbərlər