12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Küveyt radiosunda Azərbaycanın Respublika Günündən danışılıb
Tarix: 01-06-2021 10:58 | Bölmə: Dünya


Küveytin məşhur "Marina FM" radiosunda yayımlanan "Küveytin nəbzi" verilişində Azərbaycan dövlətinin tarixində 103 il öncə baş vermiş əlamətdar hadisədən bəhs edilib.
Verilişin qonağı olan "Vətənsevər" Azərbaycan–Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə bildirib ki, 1918-ci il 28 may tarixində müsəlman aləmində ilk dəfə olaraq məhz Azərbaycanda dünyəvi və demokratik respublika qurulub. Azərbaycan Demokratik Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərdiyini təəssüflə vurğulayan diaspor təşkilatının sədri qeyd edib ki, 1991-ci ildə xalqımız yenidən öz dövlət müstəqilliyini bərqərar etməyi bacardı. Dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra isə ölkəmizin müstəqilliyinin dönməzliyi təmin edilib. Hazırda dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlət müstəqilliyinin 30-cu ilinə qədəm qoyub. Məhz Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və möhkəm iradəsi sayəsində 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan ordusu işğal altındakı ərazilərimizi azad edərək, xalqımıza böyük sevinc bəxş edib. İndi xalqımız bütün tarixi bayramları, o cümlədən 28 may – Respublika Gününü böyük qürur və fəxarət hissi ilə qeyd edir.
Aparıcının suallarını cavablandırarkən Könül Hacızadə bildirib ki, Küveyt və Azərbaycan arasında oxşar cəhətlər çoxdur, ölkələrimizi dini, tarixi amillər və sıx dostluq əlaqələri birləşdirir.
Verilişin sonunda Azərbaycana həsr edilmiş musiqi səsləndirilib.




Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər