Bütün xəbərlər
PKK-nın rəhbərlərindən biri məhv edildi
Tarix: 18-05-2021 01:12 | Bölmə: Dünya

                     PKK-nın rəhbərlərindən biri məhvedildi


Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən əməliyyat zamanı PKK-nın Suriya üzrə rəhbəri, Sofi Nurəddin adlı terrorçu məhv edilib.
Unikal.org  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"PKK və YPG-nin Suriyada gizlənən terrorçularının hər biri zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək", - deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, terrorçu Sofi Nurəddin İraqın Qara bölgəsində 13 mülki insanın qətlə yetirilməsi əmrini verib. O, eyni zamanda Türkiyəyə qarşı bir çox terror aktlarının təşkilatçısı olub.


Baxış sayı: 339


Bölməyə aid digər xəbərlər