12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Tacikistanla sərhəddə baş verənlərdən sonra istefaya göndərildi
Tarix: 05-05-2021 00:57 | Bölmə: Dünya

                     Tacikistanla sərhəddə baş verənlərdən sonra istefaya göndərildi


Qırğızıstanın Baş naziri Uluqbəy Maripov Tacikistanla sərhəddə yerləşən Batken vilayətinin rəhbəri Omurbəy Suvanaliyevi vəzifəsindən azad edib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Baş nazir həmçinin, müşaviri Arzıbəy Burkanovu da işdən çıxarıb.
Qeyd edək ki, Suvanaliyev Batken vilayətinə fevralın 15-də rəhbər təyin olunmuşdu.
Xatırladaq ki. Aprelin 28-də Qırğızıstan-Tacikistan sərhədində əvvəlcə yerli sakinlər arasında qarşıdurma baş verib, daha sonra isə bu, silahlı münaqişəyə çevrilib. Sərhəddə baş verənlər nəticəsində ölənlərin sayının 31 nəfərə çatdığı, 154 yaralı olduğu bildirilirdi.



Baxış sayı: 333


Bölməyə aid digər xəbərlər