23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Azərbaycan qılıncoynatmasında tarixi ilk
Tarix: 04-04-2021 23:19 | Bölmə: Dünya

                  Azərbaycan qılıncoynatmasında tarixi ilk



Bu gün Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində ikinci yarış gününə yekun vurulub.
Azərbaycan Qılıncoynatma Federasiyasından "Qafqazinfo"ya verilən məlumata görə, sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb.
Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə 1/16 finalda Misir təmsilçisi Adel Eldokş (15:8) ardınca özbəkistanlı sablyaçı Jasmina Abdullayevanı (15:11) məğlub edib. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikası qılıncoynadanı Li Yunseo üzərində 15:6 hesablı inamlı qələbə qazanan Zərifə dünyanın ən güclü 4 yeniyetmə sablyaçı sırasına yüksəlməklə turnirin bürünc medalını təmin edib. Zərifə Hüseynova finalın bir addımlığında dünya birinciliyinin qalibi ABŞ sablyaçısı Maqda Skarbonkieviczə 9:15 hesabı ilə uduzub.

Bu Azərbaycanın qılıncoynatma tarixində sablya üzrə yeniyetmələrin dünya birinciliyində qazanılan ilk medaldır.
Xatırladaq ki,daha öncə şpaqaçımız Ruslan Həsənov 2019-cu ildə Polşanın Torun şəhərində keçirilən gənclərin dünya birinciliyində bürünc medal qazanıb.


Baxış sayı: 316


Bölməyə aid digər xəbərlər
7-03-2024, 21:53 İsveç NATO-ya üzv oldu