Bütün xəbərlər
Parisdə etiraz aksiyası - Video
Tarix: 22-11-2020 04:28 | Bölmə: Dünya

                  Parisdə etiraz aksiyası


Parisdə “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə etiraz edənlər polisə şüşə atmağa başlayıblar. “Qafqazinfo” bildirir ki, bu barədə “RT France” xəbər verib.
Nümayişi Jurnalistlərin Həmkarlar İttifaqı təşkil edib.
“RİA Novosti”nin müxbirinin sözlərinə görə, Parisin Trokadero meydanı insanla doludur.
Onların bir çoxu əllərində ““Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə - yox”, “Bizi polisdən kimi qoruyacaq?” kimi şüarların yer aldığı plakatlar tutub.
Toplaşanlar sənədin 24-cü maddəsini pisləyir və qeyd edirlər ki, o, “polisin təcavüzü üçün qapı açır”.
Etiraz aksiyaları Fransanın digər şəhərlərində də keçirilir.

           


Baxış sayı: 293


Bölməyə aid digər xəbərlər