Bütün xəbərlər
Tbilisidə mikromaliyyə təşkilatına basqın - Girovlar var
Tarix: 20-11-2020 20:14 | Bölmə: Dünya

                   Tbilisidə mikromaliyyə təşkilatına basqın


Tbilisidə “EmBiEs” mikromaliyyə təşkilatının binasına silahlı basqın olub.
“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, 9 nəfər girov götürülüb.
“Bizdə olan məlumata görə, binada 9 girov və bir silahlı şəxs var”, - deyə Tbilisi Patrul Polis Xidmətinin rəisi Vaja Siradze deyib.
“RİA Novosti” yazır ki, şahidlərin sözlərinə görə, binaya 5 silahlı şəxs basqın edib və əl qumbarası ilə silahlanıblar. Digər məlumata əsasən, girovlardan 2-si artıq sərbəst buraxılıb.
Polis hadisə yerində xüsusi əməliyyat keçirir. 

           


Baxış sayı: 309


Bölməyə aid digər xəbərlər