22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
General Paşinyanın həyat yoldaşına irad bildirdiyinə görə işdən çıxarılıbmış
Tarix: 19-11-2020 19:54 | Bölmə: Dünya

                  General Paşinyanın həyat yoldaşına irad bildirdiyinə görə işdən çıxarılıbmış


Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyanın ötən gün anidən istefa verməsi ölkədə müzakirələrə səbəb olub. İddia olunub ki, keçmiş baş hərbi müfəttiş Baş nazirin xanımı Anna Akopyana irad bildirdiyinə görə vəzifəsindən getməli olub.
“Qafqazinfo”nun xəbərinə görə, Movses Akopyan bu gün mətbuat konfransı keçirərək yayılan söz-söhbətə aydınlıq gətirib. O bildirib ki, Anna Akopyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi iclasların keçirildiyi komandanlığa gəlib, baxmayaraq ki, ora kənar şəxslərin girişi qadağan idi.
M. Akopyan qeyd edib ki, o, Anna Akopyanı komanda məntəqəsinin otağında monitorda döyüş qeydlərinə baxarkən görüb. O, A. Akopyana yaxınlaşaraq burada olmasına ehtiyac olmadığını bildirib.
“Dedim ki, lazım deyil, burada kişilər danışır, söyüş söyür. “Yaxşı” dedi. Dörd saatdan sonra məni İrəvana müdafiə naziri ilə görüşə çağırdılar. Qarabağa qayıdacağım ümidi ilə gəldim. Ancaq nazir mənə bundan sonra getməməli olduğumu bildirdi”,- deyə Akopyan vurğulayıb.
Akopyan qeyd edib ki, bundan sonra Paşinyan onun komanda məntəqəsinə getməsini qadağan edib.



Baxış sayı: 310


Bölməyə aid digər xəbərlər