22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ermənistanda müxalif fraksiyalar parlamentin iclasını boykot etdi
Tarix: 18-11-2020 12:48 | Bölmə: Dünya

                    Ermənistanda müxalif fraksiyalar parlamentin iclasını boykot etdi


“Maariflənmiş Ermənistan” və “Çiçəklənən Ermənistan” partiyalarının təmsil etdiyi parlament müxalifəti Ermənistan parlamentinin bu gün keçirilən iclasını boykot edib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, iclasda yalnız “Mənim addımım” fraksiyasından olan millət vəkilləri iştirak ediblər. Hakim blok üzvləri bir kvorum təmin etməyi və gündəmdəki məsələlərin müzakirəsinə başlamağı bacarıblar.
Müxalifət fraksiyalar Baş nazir Nikol Paşinyan tərəfindən imzalanan Qarabağla bağlı üçtərəfli bəyanatın dərhal müzakirəsini tələb edirlər.
Xatırladaq ki, 10 noyabrdan etibarən Ermənistanda Baş nazirin istefası tələbi ilə mitinqlər və yürüşlər keçirilir. Xalqın narazılığına səbəb Ermənistanın Qarabağla bağlı üçtərəfli bəyanatı imzalaması olub.







Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər