Bütün xəbərlər
“Bayden KİV-in gözündə qalibdir” - Tramp
Tarix: 15-11-2020 22:51 | Bölmə: Dünya

               “Bayden KİV-in gözündə qalibdir”


ABŞ Prezidenti Donald Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, Co Bayden yalnız “yalançı KİV-in” gözündə qalibdir.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Donald Tramp özünün Tvitter səhifəsində yazıb: “Co Bayden yalnız feyk-nyusun gözündə qalib gəlib. Mən heç nəyi qəbul etmirəm! Bizim hələ qarşıda böyük yolumuz var. Bu, seçkilərin saxtalaşdırılması idi”.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Aparıcı Amerika KİV-ləri əldə olunan məlumatlar əsasında demokratların namizədi Co Baydenin qələbəsini elan edib. Bununla belə, hazırkı Prezident Donald Tramp öz qələbəsini məhkəmədə müdafiə etmək niyyətindədir.


Baxış sayı: 308


Bölməyə aid digər xəbərlər