Bütün xəbərlər
“Türkiyənin düşmənləri bütün mümkün təsirlərdən istifadə edirlər”
Tarix: 13-11-2020 21:02 | Bölmə: Dünya

               “Türkiyənin düşmənləri bütün mümkün təsirlərdən istifadə edirlər”


“Ankaranın bölgədəki təsiri artır, ölkəmizin əleyhdarları böyüməkdə olan Türkiyənin maraqlarını pozmaq üçün bütün təzyiq bıçaqlarından istifadə edirlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının Tekirdağ vilayətindəki nümayəndəliyinin qurultayındakı çıxışında deyib.
“Ölkəmizin torpaqlarında gözü olan Türkiyənin düşmənləri türk cəmiyyətində nifaq səpməyə, digər anti-türk ssenarilərindən istifadə etməyə çalışırlar”,- deyə o qeyd edib.
Prezident hakimiyyəti zorla ələ keçirmək və Türkiyədəki stabilliyi pozmaq cəhdlərinin uğursuzluğa uğradığını və bundan sonra diqqətin maliyyə bazarlarındakı manipulyasiya da daxil olmaqla iqtisadi sahəyə yönəldiyini bildirib.
Ərdoğan türk səlahiyyətlilərin iqtisadiyyat və qanunvericilik sahəsindəki islahatlarda yeni bir mərhələyə başladığını bildirib.
“Diqqət yeni iş yerləri açmağa icazə verəcək maliyyə və makroiqtisadi sabitliyin qorunmasına yönəldiləcək”,- deyə Türkiyə Prezidenti qeyd edib.


Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər