Bütün xəbərlər
Siyasətdən uzaq olsa da, ərinə “müəllimlik” edən yeni birinci xanım - Fotolar
Tarix: 13-11-2020 13:23 | Bölmə: Dünya

               Siyasətdən uzaq olsa da, ərinə “müəllimlik” edən yeni birinci xanım


3 noyabrda ABŞ-da keçirilən prezident seçkilərində Co Bayden qalib olub. Bununla da yeni liderin həyat yoldaşı Jill Bayden “Birinci xanım” statusunu qazanıb.
“Qafqazinfo” xəbər verir ki, siyasətdən uzaq olan xanım Bayden ixtisasca müəllimdir. Hətta Co Bayden 2008-ci ildə ABŞ-ın 44-cü Prezidenti Barak Obama tərəfindən Vitse-prezident seçildiyi gün “Xanımım Jilli bir azdan siz də tanıyacaqsız. Çox gözəldir, amma müəllimdir”,- deyə bildirmişdi.
Qərb KİV yazır ki, Jill siyasətdən uzaq olsa da, 43 il ərzində Co Baydenə “müəllimlik” edib.



69 yaşlı yeni birinci xanım gənclik illərində həm təhsil alıb, həm də işləyib.Karyerası barədə iki dəfə fikir dəyişib. Belə ki, əvvəlcə moda dizayneri olmaq istəyən Bayden daha sonra ingilis dili müəllimi olmaq qərarına gəlib.
Cütlük 1977-ci ildə ailə həyatı qurub, Onların bu nikahdan 1981-ci ildə Aşli adlı qız övladı dünyaya gəlib.




Hazırda özəl yox, dövlət məktəbində pedoqoq kimi fəaliyyət göstərir. Xokkey oyunlarına maraqlı olan Jilli “Philadelphia Flyers” komandasının pərəstişkarıdır. Həmçinin Jill Baydenin ilk evliliyindən dünyaya gələn Boya öz övladı kimi diqqət göstərib. Lakin onun ögey övladı 2015-ci ildə 46 yaşında xərçəng xəstəliyi səbəbindən həyatını itirib.
Onun ən böyük arzusu professor- həkim olaraq Amerikanın birinci xanımı kimi tarixə düşməkdir.



Birinci xanım peşəsindən uzaqlaşmayacağını, Vaşinqtona köçən zaman məktəbdə fəaliyyətinə davam edəcəyini açıqlayıb.
Co da xanımına böyük diqqət yetirir və daim tədbirlərə onunla əl-ələ daxil olur. Hətta yeni Pezident 2007-ci ildə birinci xanımı Neiliya və qızı Naomini qəzada itirdiyini, iki övladı ilə tənha qaldığını bildirib. Hadisədən 5 il sonra Jillə tanış olub, həyatı dəyişib: “O mənə həyatımı geri verdi. Məni dağılmış ailəmi yenidən bərpa edəcəyimə inandırdı”.








 



Baxış sayı: 300


Bölməyə aid digər xəbərlər