22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ermənistanda etirazçılar Paşinyanın istefasını tələb edir, 130 nəfər saxlanıldı - Fotolar
Tarix: 11-11-2020 19:02 | Bölmə: Dünya

                  Ermənistanda etirazçılar Paşinyanın istefasını tələb edir, 130 nəfər saxlanıldı                  


İkinci Qarabağ Müharibəsində Ermənistanın kapitulyasiya elan etməsindən sonra ölkədə etiraz aksiyaları baş qaldırıb.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqdə iştirak etmək istəyən fəalları kütləvi şəkildə saxlamağa başlayıb. Bildirilib ki, polis heç bir əsas göstərmədən insanları həbs edir.
Bundan əvvəl, Ermənistan Baş Prokurorluğu ölkədə mövcud hərbi vəziyyət səbəbi ilə mitinqlərin qadağan edildiyi barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, Ermənistan müxalifəti 11 noyabr tarixində saat 13: 00-da Yerevanda Qarabağla bağlı üçtərəfli bəyanat verilməsinə qarşı etiraz aksiyası keçirməyi planlaşdırırdı.
***
Əraziyə daxili qoşunlar cəlb edilib.
***
İrəvanın Azadlıq meydanında keçirilən kütləvi etiraz aksiyasının iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Aksiyada iştirak edənlərin arasında Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan da olub.
“Nikolu qovmayacağıqsa, bu xalqımızın ləyaqətinin olmadığı anlamına gələcək”,- deyə Manukyan aksiyada çıxışı zamanı qeyd edib.
***
Hüquq müdafiəçisi, “Qanuni yol” ictimai təşkilatının rəhbəri Ruben Melikyan da saxlanılıb.
***
Etirazçılar mitinqdə bir polisi döyüblər. Qana bulanmış polis digər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.
***
Ermənistan polisinin mətbuat xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib ki, aksiyada 130-a yaxın şəxs saxlanılıb.














Baxış sayı: 391


Bölməyə aid digər xəbərlər