Bütün xəbərlər
Putin 3 naziri istefaya göndərdi
Tarix: 09-11-2020 17:44 | Bölmə: Dünya

                  Putin 3 naziri istefaya göndərdi


Rusiyanın nəqliyyat naziri Yevgeni Ditrix və təbii sərvətlər naziri Dmitri Kobılkin vəzifələrindən azad olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Vladimir Putin müvafiq fərman imzalayıb.
Bundan əlavə, Nikolay Tsukanov Prezidentin Ural Federal Dairəsində səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.
Tikinti naziri Vladimir Yakuşev vəzifəsindən azad edilərək Prezidentin Ural Federal Dairəsində səlahiyyətli nümayəndəsi təyin olunub.
Rusiya Prezidenti baş nazir müavinlərinin sayının 9-dan 10-a çatdırılması barədə də fərman imzalayıb.


Baxış sayı: 275


Bölməyə aid digər xəbərlər