22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Melaniya boşanacağı an üçün dəqiqələri sayır
Tarix: 09-11-2020 12:02 | Bölmə: Dünya


Donald Trampın həyat yoldaşı Melaniya boşanmaq üçün ABŞ-ın hazırkı prezidentinin səlahiyyət müddətinin bitməsini gözləyir.
Modern.az xəbər verir ki, bu barədə “Daily Mail”ə birinci xanımın keçmiş köməkçisi Omaros Maniqolt-Nyuman bildirib:
“Melaniya ərinin vəzifəsindən ayrılacağı və boşanacağı an üçün dəqiqələri sayır”.
Onun sözlərinə görə, birinci xanım xoşagəlməz nəticələrlə üzləşə biləcəyi üçün indiyə qədər ayrılmayıb:
“Melaniya həyat yoldaşı hakimiyyətdə olduğu müddətdə gedə bilsəydi, Tramp onu cəzalandırmağın yolunu tapardı”.
Birinci xanımın başqa keçmiş köməkçisi Stefani Volkoffun dediyinə görə, Trampın Melaniya ilə evlənməsi bir növ müqavilə əsaslı olub. Cütlüklərin hətta yataq otaqları ayrı idi.
Volkoff bildirib ki, birinci xanım inauqurasiya mərasimindən beş ay sonra bağlanan müqaviləyə əsasən Nyu-Yorkdan Vaşinqtona köçüb. Bu prezidentin oğlu Barronun miras payını alması üçün lazım idi.



Baxış sayı: 395


Bölməyə aid digər xəbərlər