22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Paşinyan Baydeni həm təbrik etdi, həm də ona Azərbaycandan ŞİKAYƏTLƏNDİ
Tarix: 08-11-2020 23:50 | Bölmə: Dünya
                  


Ermənistanın baş naziri Nikol Paşinyan Co Baydeni ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.

Modern.az-ın məlumatına görə, Paşinyanın Co Baydenə yazdığı uzun təbrik məktubunda həm də Azərbaycanla Türkiyədən şikayət yer alıb. Baş nazir bildirib ki, Azərbaycan Minsk qrupunun atəşkəslə bağlı tələblərini qulaqardına vurur...
Paşinyan eyni zamanda da xalqının adından bir xeyli yaltaqlanıb...

"Karyeranız boyunca siz erməni-amerikan dostluğunun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə vermisiniz. Erməni xalqı erməni soyqırımının tanınması və hüquqlarının qorunması ilə bağlı prinsipial mövqeyinizi yüksək qiymətləndirir. Əminəm ki, prezidentliyiniz dövründə Ermənistan-Amerika ikitərəfli münasibətləri ortaq demokratik dəyərlər dövlətlərimiz arasındakı strateji dialoq səviyyəsinə uyğun olaraq inkişaf etməyə davam edəcək.
Ermənistan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi roluna böyük əhəmiyyət verir. Bildiyiniz kimi, bir aydan çoxdur ki, Azərbaycan və Türkiyə həmsədrlərin atəşkəs yaratmaq üçün göstərdikləri bütün səylərə məhəl qoymurlar. Ümid edirəm, müharibəni dayandırmaq və “Artsax xalqı”nın öz müqəddəratını təyinetmə hüququndan istifadə edərək təhlükəsizliyini təmin etməsinə əsaslanan məsələnin hərtərəfli həlli üçün fəal addımlar atacaqsınız”,-deyə N.Paşinyan Baydenə yazdığı məktubunda bildirib.



Baxış sayı: 423


Bölməyə aid digər xəbərlər