Bütün xəbərlər
Ermənistanın Qarabağda 5 Su-25 itirdiyi təsdiqlənir - Rusiya mediası
Tarix: 06-11-2020 12:27 | Bölmə: Dünya
               

İnternetdə Ermənistan Hərbi Hava Qüvvələrinin Qarabağda gedən döyüşlərdə 5 Su-25 hücum təyyarəsi itirdiyini təsdiqləyən foto yayılıb.
Bu haqda actualnews.org Rusiya saytı yazır. Belə ki, Yerevan yaxınlığındakı Erebuni aerodromundan peyk çəkilişləri hazırda orada cəmi 10 Su-25 təyyarəsinin qaldığını təsdiq edir. Əvvəl isə aerodromda 15 Su-25 qırıcısı görünürdü. Qalan 5 təyyarə isə Azərbaycan ordusunun Qarabağda gedən döyüşlərdə vurduğu və Müdafiə Nazirliyi tərəfindən rəsmən açıqlanan Su-25 təyyarələrinin sayı ilə üst-üstə düşür. Avia.pro qeyd edir ki, bu peyk görüntüləri Azərbaycanın güclü hava hücumundan müdafiə sisteminə malik olduğu halda Ermənistanın bu miqdarda təyyarələri döyüşə atmasının və itirməsinin təsdiqidir.

Hit.az


Baxış sayı: 375


Bölməyə aid digər xəbərlər