22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Həddindən çox yaralı əsgərimiz var” - Erməni deputat həyəcan təbili çaldı
Tarix: 06-11-2020 12:21 | Bölmə: Dünya


Artıq Ermənistan cəmiyyəti siyasi hakimiyyətin “Qarabağ yalanları”na inanmır.
Erməni deputatları səviyyəsində Qarabağdakı itkilərdən danışılır. Hətta bununla bağlı cəmiyyətə müraciətlər edilir.
"Çiçəklənən Ermənistan" Partiyasının deputatı Naira Zöhrabyanın erməni əhalisinə müraciəti buna nümunə ola bilər. Erməni deputat müraciətində bildirib ki, həddindən artıq yaralı əsgər var və onların həyatda qalmaları üçün təcili qan lazımdır. "Təkcə, İrəvandakı xəstəxanalarda həddindən artıq yaralı əsgər var. Onların yaşaması üçün qan lazlmdır. Mən hamını İrəvandakı Hemotologiya Mərkəzinin qarşısına çağırıram. Gəlin qan verin, əsgərlərin həyatını qurtaraq", - deyə o bəyan edib.
Nairə Zöhrabyanın müraciəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin Qarabağdakı hərbi “uğurlar” barədə açıqlamarı ilə ziddiyyət təşkil edir.

Hit.az






Baxış sayı: 594


Bölməyə aid digər xəbərlər