22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Paşinyan əvvəl İsraili təhdid etdi, sonra geri addım atdı
Tarix: 03-11-2020 22:35 | Bölmə: Dünya

                   Paşinyan əvvəl İsraili təhdid etdi,sonra geri addım atdı

Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında baş vermiş terror aktından sonra Ermənistanın baş naziri Nikol Paşinyan İsrailin ünvanına səsləndirdiyi ittihamlara görə üzr istəyib.
Unikal.org xəbər verir ki, N.Paşinyan bununla bağlı öz “Facebook” səhifəsində yazıb.
Xatırladaq ki, erməni nazir bir gün əvvəl “Jerusalem Post” qəzetinə müsahibəsində İsraili Azərbaycana silah satmaqla erməni soyqırımında iştirak etməsini bildirmiş və İsrailin təklif etdiyi humanitar yardımı “Azərbaycan tərəfində döyüşən muzdlulara” göndərməyi tövsiyə etmişdi.
Vyanada baş vermiş hücumdan sonra Nikol Paşinyan səhvini etiraf edib:
“Bu müsahibənin dərc olunmasından bir neçə saat sonra İsrailin dolayı da olsa, Vyanadakı sinaqoqa hücum qismində hədəf alınmasından təəssüflənirəm”.



Baxış sayı: 361


Bölməyə aid digər xəbərlər