22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Kaliforniyada erməni terroruna etiraz
Tarix: 02-11-2020 13:59 | Bölmə: Dünya

                  Kaliforniyada erməni terroruna etiraz


ABŞ-ın Kaliforniya ştatındakı azərbaycanlı icmasının təşkilatçılığı ilə erməni terroruna etiraz yürüş keçirib. San-Fransisko şəhərinin Kolumbus prospektindən (Kolumbus Avenyu) başlayan yürüşdə həmvətənlərimiz əllərində Azərbaycan bayraqları və “Uşaq ölümünə son qoyun”, “Erməni terrorçuluğuna son qoyun!” şüarları yazılmış plakatlar tutaraq, ətrafdakıların diqqətini erməni terroruna yönəldiblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya verilən xəbərə görə, Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təxribatlarını, dinc əhalinin yaşadığı Gəncə, Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrinin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan raket atəşinə tutulmasını, mülki şəxslərin, körpə uşaqların qətlə yetirilməsini və yaşayış məntəqələrinin dağıdılmasını pisləyiblər.
Soydaşlarımız dünya ictimaiyyətini Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə, erməni terroruna göz yummamağa çağırıblar.

 




Baxış sayı: 308


Bölməyə aid digər xəbərlər