22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
“New York Times”ın haqlı məqaləsi ABŞ ermənilərini qəzəbləndirib
Tarix: 02-11-2020 11:54 | Bölmə: Dünya

                 “New York Times”ın haqlı məqaləsi ABŞ ermənilərini qəzəbləndirib


Ermənilər ABŞ-ın “The New York Times” qəzetinin redaksiyasının qarşısında etiraz aksiyası keçiriblər.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən bildirir ki, etirazçılar erməni bayraqları və “Qarabağ münaqişəsinin düzgün işıqlandırılması” tələbi ilə redaksiyanın binasının önünə gəliblər.
Etirazçıların narazılığına səbəb “NY Times”ın İstanbuldakı müxbiri Karlotta Qallın reportajları olub.
Qeyd edək ki, məqalədə ermənilərin Azərbaycanın dinc əhalisini raketlə atəşə tutması nəticəsində onlarca insanın həlak olması və yaralanması, ev və obyektlərin zədələnməsi qeyd olunur.
Qəzet Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərini sitat gətirir: “Danışıqlar prosesini başa vuran əsas məsələ Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sözləri olub”.


Baxış sayı: 302


Bölməyə aid digər xəbərlər