22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
ABŞ-ın daha bir şəhərində erməni terroruna etiraz - Fotolar
Tarix: 29-10-2020 10:16 | Bölmə: Dünya

                    ABŞ-ın daha bir şəhərində erməni terroruna etiraz


ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan soydaşlarımız işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Hyuston şəhər meriyasının binası qarşısında icazəli aksiya keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, ABŞ-Azərbaycan Qarabağ Atları Xilası Birliyi (USACRA), Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Amerika-Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan aksiya Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan bayrağı ilə yanaşı, dost ölkələrin bayraqlarının da dalğalandırıldığı aksiyada Bərdə və Gəncə şəhərlərində ermənilərin törətdiyi vandalizm aktları kəskin pislənilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İşğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda yaşayan dinc sakinləri hədəfə almasının insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti və soyqırım olduğunu xatırladan aksiya iştirakçıları dünya ictimaiyyətini Ermənistanın hərbi təxribatlarına biganə qalmamağa səsləyiblər.
Aksiyada “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına son qoyun!”, “Erməni terrorçuluğuna son soyun!”, “Uşaq ölümünə son qoyun!”, "Gəncə üçün dua et!", “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora “yox” deyirik!”, “Bərdə üçün dua et!” və s. kimi şüarların əks olunduğu plakatlar qaldıran həmvətənlərimiz Azərbaycanın haqlı mübarizəsinə hər cür dəstək verməyə hazır olduqlarını bildiriblər.








Baxış sayı: 410


Bölməyə aid digər xəbərlər