22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Paşinyan əmrə tabe olmayan hərbçiləri hədələdi
Tarix: 28-10-2020 00:13 | Bölmə: Dünya

                 Paşinyan əmrə tabe olmayan hərbçiləri hədələdi


Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ordudakı nizam-intizamsızlığı etiraf etməli olub.
“Qafqazinfo” xəbər verir ki, “Facebook” səhifəsində canlı yayıma çıxan Paşinyan hərbi əməliyyatlar zamanı komandirlərin əmrlərini yerinə yetirməyən hərbçilərin sərt cəzalandırılacağını deyib:
“Hərbi vəziyyət şəraitində komandirlərin əmrlərinin sözsüz yerinə yetirilməsi məntiqi işləməlidir. Əmrə tabe olmayanlar sərt şəkildə cəzalandırılmalı, məsuliyyətə cəlb olunmalı və ictimaiyyət qarşısında cəzalandırılmalıdır. Heç nə onlara bəraət qazandıra bilməz”.
Paşinyan əlavə edib ki, onun dünənki çıxışı mübahisələrə səbəb olsa da, qəribə görünməməlidir.


Baxış sayı: 377


Bölməyə aid digər xəbərlər