22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Qondarma rejimin “müdafiə naziri” döyüşlərdə yaralandı
Tarix: 27-10-2020 10:27 | Bölmə: Dünya

                   Qondarma rejimin “müdafiə naziri” döyüşlərdə yaralandı


Qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə naziri” Cəlal Arutyunyan döyüşlərdə yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə separatçı rejimin “prezident”i Arayik Arutyunyan öz feysbuk hesabında məlumat verib.
O, “general-leytenant” Mikael Arzumanyanı bu vəzifəyə təyin etdiyini bildirib.
Separatçı rejimin “başçı”sı Cəlal Arutyunyanın vəzifədən çıxarılmasına döyüşlərdə yaralanması səbəbindən qərar verildiyini qeyd edib.
Qeyd edək ki, erməni mənbələrində C. Arutyunyanın artıq ölməsi barədə məlumatlar yayılıb.
 


Baxış sayı: 422


Bölməyə aid digər xəbərlər