22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Trampı açıq şəkildə dəstəkləyən polis işdən çıxarıldı
Tarix: 26-10-2020 09:45 | Bölmə: Dünya

                 Trampı açıq şəkildə dəstəkləyən polis işdən çıxarıldı


Nyu-Yorkda polis əməkdaşının ABŞ Prezidenti Donald Trampın ünvanına səsgücləndirici vasitəsilə dəstək şüarı səsləndirməsini əks etdirən görüntülərin internetdə yayılmasından sonra o, işdən kənarlaşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhərin polis departamentinin rəhbəri Dermot Şi tvitterdə bildirib:
“Bu insidentdə iştirak edən polis əməkdaşı müəyyən edilib və əmək haqqı saxlanılmadan xidmətdən müvəqqəti kənarlaşdırılıb. Təkrar edim ki, hüquq-mühafizə orqanlarının əməkdaşları apolitikliyi qoruyub saxlamalıdırlar, bununla da insanlara qanunun hər kəsə bərabər və siyasi üstünlüklərindən asılı olmayaraq tətbiq edildiyini aydınlatmalıdırlar”.


Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər