22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ərdoğan Fransa Prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
Tarix: 24-10-2020 23:39 | Bölmə: Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “maarifçi İslam” fikrini irəli sürən Fransa lideri Emmanuel Makrona öz psixikasını müalicə etməyi tövsiyə edib.
REN TV xəbər verir ki, Türkiyə Prezidenti bu barədə Kayseri şəhərində çıxış edərkən deyib.
“Dövlət başçısının ölkəsindəki milyonlarla müsəlmanla bu şəkildə davranması, hər şeydən əvvəl, öz ağlı üzərində nəzarəti itirməsi deməkdir. Onun psixikasının müalicəyə ehtiyacı var”, deyə R.T.Ərdoğan söyləyib.
Xatırladaq ki, Fransa Prezidenti son çıxışlarından birində bildirib ki, “İslam separatizmi” ilə mübarizə aparmaq üçün sərt qanunlar qəbul edilməlidir.
E. Makron Fransa Müsəlmanları Şurası ilə birlikdə yeni təşkilat təsis edərək “marifçi İslam” qurmağın lazım olduğunu bəyan edib.




Baxış sayı: 408


Bölməyə aid digər xəbərlər