22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Dağlıq Qarabağla bağlı başqa mexanizmləri işə salaq” - Ərdoğanın sözçüsü
Tarix: 14-10-2020 11:00 | Bölmə: Dünya

                “Dağlıq Qarabağla bağlı başqa mexanizmləri işə salaq”


Beynəlxalq miqyasda da işğala son qoyulmasının ciddi şəkildə gündəmə gəlmədiyi təqdirdə bu problemi həll etmək mümkün deyil.
“Qafqazinfo” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri almaq üçün apardığı mübarizə barədə sualı cavablandıran Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
Onun sözlərinə görə, 1 milyona yaxın azərbaycanlı ata-baba yurdundan köçmək məcburiyyəti ilə üzləşib. "Azərbaycan bu gün mübahisəli ərazilərdə deyil, öz ərazisində bu mübarizəni aparır. Qarabağ Azərbaycan torpağıdır", - o deyib. 
“Əgər biz işğala son qoyulmasından danışmasaq, Minsk qrupu fəaliyyət planı irəli sürməsə, bu böhranı həll etmək mümkün deyil. Əgər Minsk qrupu 30 ildir həll yolu tapa bilmirsə, biz 30 il də gözləyəcəyik? Buna görə başqa mexanizmləri işə salaq”, - deyə Kalın əlavə edib.



Baxış sayı: 358


Bölməyə aid digər xəbərlər