Bütün xəbərlər
Kanadada Azərbaycan-Türkiyə vətəndaşlarına qarşı erməni hücumu - Fotolar
Tarix: 13-10-2020 12:27 | Bölmə: Dünya

                 Kanadada Azərbaycan-Türkiyə vətəndaşlarına qarşı erməni hücumu


Kanadada yaşayan ermənilər Azərbaycana dəstək məqsədilə yaradılan kortecə hücum ediblər.
“Qafqazinfo” xəbər verir ki, Montreal şəhərində yaşayan, əslən işğalçı Ermənistandan olan gənclər Azərbaycan və Türkiyə türklərinin bayraqla bəzədilən avtomobillərinə ard-arda daş ataraq hadisə yerindən qaçıblar. Nəticədə bir çox maşına ziyan dəyib.
Eyni hadisə Kanadanın Toronto şəhərində də reallaşıb. Belə ki, Yonge küçəsində ermənilər azərbaycanlıya məxsus maşını yararsız hala salıblar. Eyni zamanda, yol kənarında olan bir Türkiyə türkünə hücum olunub, bir neçə erməni tərəfindən döyülən şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb.



Türkiyənin Kanadadakı səfiri Kerim Uras açıqlamasında maşınlara naməlum maddələr töküldüyünü bildirib:
“Türk və azərbaycanlıların maşın kortecinə naməlum maddələr atırlar. Hüquq-mühafizə orqanlarına müraciət olunub. Bizim insanlar onlara verilən azadlıqlarından istifadə edərək sərbəst şəkildə toplaşıb erməni yalanlarına etirazlarını bildiriblər. Burada yaşayan türklərin can və mal təhlükəsizliyinin reallaşması üçün lazımi orqanlara müraciət etdik”.





Baxış sayı: 360


Bölməyə aid digər xəbərlər