Bütün xəbərlər
“Lazım olduğu təqdirdə Putinlə Əliyev arasında telefon danışığı baş tutacaq”
Tarix: 28-09-2020 15:15 | Bölmə: Dünya

                     “Lazım olduğu təqdirdə Putinlə Əliyev arasında telefon danışığı baş tutacaq”


“Rusiya Prezidenti Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında telefon danışığı lazım olduğu təqdirdə baş tutacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib. 
“Lazım gələrsə, əlbəttə, bu, reallaşacaq. Ancaq bir daha təkrarlamaq istəyirəm ki, hərbi əməliyyatların başlamasından sonra ilk saatlardan etibarən Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Bakıdakı və İrəvandakı həmkarları ilə davamlı təmasda olub”,- deyə Peskov qeyd edib.


Baxış sayı: 398


Bölməyə aid digər xəbərlər