22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Obama Tvitterdə nömrəsini yaydı
Tarix: 24-09-2020 03:33 | Bölmə: Dünya

                    Obama Tvitterdə nömrəsini yaydı


ABŞ-ın keçmiş prezidenti Barak Obama Tvitter səhifəsində telefon nömrəsini paylaşaraq amerikalılardan qarşıdan gələn prezident seçkiləri haqda planları ilə bağlı ona SMS göndərmələrini istəyib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Obama vətəndaşların işləri və düşüncələri haqda, bu il səsvermədə necə iştirak edəcəkləri barədə danışa biləcəklərini də əlavə edib:
“Yeni nəsə sınaqdan keçirək. Əgər ABŞ ərazisində yaşayırsınızsa, mənə 773-365-9687 telefon nömrəsinə ismarıc göndərin”.
Obama bildirib ki, vaxtaşırı əlaqədə olacaq və qarşıdakı sə\svermə ilə bağlı fikirlərini bölüşəcək.
Qeyd edək ki, ABŞ-da prezident sçekiləri noyabrın 3-də keçiriləcək. Növbəti müddətə prezident olmaq istəyən Donald Tramp bu seçkidə demokratların namizədi Co Baydenlə mübarizə aparacaq.



Baxış sayı: 387


Bölməyə aid digər xəbərlər