Bütün xəbərlər
Lukaşenko gizli inauqurasiya mərasimi keçirir - Video
Tarix: 23-09-2020 13:22 | Bölmə: Dünya

                  Lukaşenko gizli inauqurasiya mərasimi keçirir


Aleksandr Lukaşenko bu gün 6-cı dəfə prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə hazırda gizli inauqurasiya mərasimi keçirir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tut.by” informasiya portalı məlumat verib. Bildirilib ki, hazırda Minskdəki İstiqlal Sarayında keçirilən tədbirin tarixi son ana qədər gizli saxlanılıb.
Lukaşenko sağ əlini Konstitusiyaya qoyaraq Belarus dilində and içib və andiçmə aktını imzalayıb. Daha sonra isə Belarus Seçki və Respublika Referendumlarının Keçirilməsi üzrə Mərkəzi Komissiyasının sədri Lidiya Yermoşina A.Lukaşenkoya Belarus Prezidentinin sertifikatını təqdim edib.
Bu gün səhər saatlarından etibarən Minsk sakinləri İstiqlal Sarayının ətrafına hərbi texnikanın cəlb olunduğu bildirilib. Paytaxtda mərkəzi küçələr və prospektlər bağlanıb. Daha sonra isə Lukaşenkonın kortejinin İstiqlal Sarayı istiqamətində hərəkət etdiyi görülüb.







Baxış sayı: 328


Bölməyə aid digər xəbərlər