Bütün xəbərlər
Trampın gizli silahının nə olduğu üzə çıxdı
Tarix: 13-09-2020 01:00 | Bölmə: Dünya

                 Trampın gizli silahının nə olduğu üzə çıxdı


ABŞ Prezidenti Donald Trampın nə Rusiyada, nə də Çində bənzəri olmadığını söylədiyi silahı çox güman ki, W76-2 nüvə başlıqlarıdır.
Unikal.org xəbər verir ki, bu barədə “Popular Mechanics” nəşri yazıb.
“Çox güman ki, prezident “Trident D-5” ballistik raketlərində yerləşdirmək üçün nəzərdə tutulan W76-2 nüvə başlıqlarını nəzərdə tutur”, - deyə nəşr bildirib.
Sözügedən raketləri sualtı gəmilərdən buraxmaq mümkündür. Ekspertlər qeyd edir ki, bu cür başlığın partlaması nəticəsində yaranan güc Xirosimaya atılmış nüvə bombasından altı dəfə güclü ola bilər.


Baxış sayı: 352


Bölməyə aid digər xəbərlər