22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Livanlı politoloq: Ermənistanın Dağlıq Qarabağın demoqrafiyasını dəyişdirmək cəhdi bəşəriyyətə qarşı cinayətdir
Tarix: 12-09-2020 21:13 | Bölmə: Dünya

               Livanlı politoloq: Ermənistanın Dağlıq Qarabağın demoqrafiyasını dəyişdirmək cəhdi bəşəriyyətə qarşı cinayətdir

Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin demoqrafiyasını dəyişdirmək cəhdi bəşəriyyətə qarşı cinayətdir.
Bunu Trend-ə livanlı politoloq və tədqiqatçı Əli Bəkir deyib.
Ə.Bəkir bildirib: "Bu yaxınlarda Livanda baş verən faciədən sonra Ermənistan hökuməti erməni əsilli Livan ailələrinin bir hissəsini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi barədə qərar verib. Əlbətdə ki, bu qərar daha çox ailənin, bəlkə də yüzlərlə erməni əsilli Livan ailəsinin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi üçün qapı açacaq ki, bu da beynəlxalq hüququn və humanitar hüququn ciddi şəkildə pozulmasıdır. İşğal olunmuş Dağlıq Qarabağ bölgəsinin demoqrafiyasını dəyişdirmək cəhdi bəşəriyyətə qarşı cinayətdir, buna görə də heç kim, heç bir beynəlxalq təşkilat Ermənistan hökumətinin və ya digər ölkələrin hökumətlərinin bu cür hərəkətlərini xoş qarşılamayacaq".
Politoloq vurğulayıb ki, Dağlıq Qarabağın demoqrafik quruluşunun dəyişdirilməsi cinayətdir və Ermənistan hökuməti bu məsələyə aid beynəlxalq qanun və normalara məhəl qoymadığına görə məsuliyyətə cəlb edilməlidir: "Nə qədər ki, bu hökumətə təzyiq olmayacaq, təəssüf ki, bu cür qanunsuz və cinayətkar fəaliyyətlər davam edəcək. Buna görə də düşünürəm ki, beynəlxalq ictimaiyyətin Ermənistan hökumətinin bu cür addımlarına və qərarlarına qarşı çıxması lazımdır".
Politoloq bir daha bütün beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağın Azərbaycanın işğal olunmuş bölgəsi olduğunu və Ermənistan hökumətinin işğal siyasətindən imtina etməkdən başqa heç bir hüquqi əsasının olmadığını tanıdığını bir daha qeyd edib.






Baxış sayı: 394


Bölməyə aid digər xəbərlər