Bütün xəbərlər
Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi
Tarix: 09-09-2020 16:13 | Bölmə: Dünya

                   Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi


Norveç Tərəqqi Partiyasının üzvü Kristian Tibrinq-Qedde ABŞ Prezidenti Donald Trampı “dünyada uzunmüddətli münaqişələrin həlli üçün göstərdiyi səylərə görə” Nobel Sülh Mükafatına namizəd göstərib.
“Qafqazinfo” “FOX News”a istinadən xəbər verir ki, Tibrinq-Qedde açıqlamasında “Düşünürəm ki, dövlətlər arasında barışıq yaratmaq cəhdlərində Sülh Mükafatına namizəd olanların əksəriyyətindən daha çox edib”,-deyə bildirib.
O, Nobel Komitəsinə göndərdiyi məktubda Tramp administrasiyasının İsrail ilə BƏƏ arasında əlaqələrin qurulmasında əsas rol oynadığını qeyd edib. “Yaxın Şərqdəki digər ölkələrin BƏƏ-dən nümunə götürmələri gözlənildiyi üçün bu razılaşma dönüş nöqtəsi ola bilər, bunun sayəsində Yaxın Şərq əməkdaşlıq və firavanlıq bölgəsinə çevriləcək”.
Qeyd edək ki, İsrail ilə BƏƏ arasında münasibətlərin normallaşmasına dair müqavilənin imzalanma mərasiminin 15 sentyabrda Vaşinqtonda keçirilməsi planlaşdırılır. ABŞ-la birgə üçtərəfli açıqlamada İsrail müqavilənin şərtlərinə görə, suverenliyini Qərbi Şəriyədəki ərazilərə yayma qərarını müvəqqəti təxirə salacağını bildirib.
Beləliklə, BƏƏ Misir və İordaniyadan sonra İsrailin müstəqilliyini tanıyan üçüncü ərəb ölkəsi olacaq. Fələstin rəhbərliyi isə öz növbəsində, bu razılaşmaya sərt etirazlarını bildirib.


Baxış sayı: 463


Bölməyə aid digər xəbərlər