Şənbə, 24 may 2025, 11:00:08  
Son xəbərlər:
Bütün xəbərlər
"Bu baş versə, Rusiya çökəcək!" - Lukaşenko
Tarix: 08-09-2020 23:12 | Bölmə: Dünya

               "Bu baş versə, Rusiya çökəcək!" -Lukaşenko

Belarus çöksə, növbədə Rusiya olacaq.
Unikal.org xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O, rusiyalı jurnalistlərə müraciət edərək, müəyyən siyasi hadisələr baxımından arxaynlaşmamağa çağırıb:
“Bizim Rusiya rəhbərliyi ilə hara gəldiyimizi bilirsinizmi? Əgər Belarus bu gün çöksə, növbədə Rusiya olacaq”.
Lukaşenko etirazlarla bağlı yaranmış gərgin situasiyaya xüsusi diqqət çəkib:
“Əgər düşünürsünüzsə ki, varlı Rusiya bununla bacaraq, o zaman yanılırsınız. Çox prezidentlərlə, böyük qardaşım Putinlə (Rusiya Prezidenti Vladimir Putini belə adlandırır – red.) danışmışam. Ona xəbərdarlıq etmişəm. Buna qarşı çıxmaq olmaz”.




Baxış sayı: 536


Bölməyə aid digər xəbərlər