Bütün xəbərlər
Tvitter Trampın oğluna qadağa qoydu
Tarix: 29-07-2020 01:14 | Bölmə: Dünya

               Tvitter Trampın oğluna qadağa qoydu


Tvitter sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın oğlu Donald Conun öz mikrobloqunda paylaşım etməyi qadağan edib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb onun COVID-19-la bağlı yalan informasiya yayması olub.
Daha əvvəl Donald Conun nümayəndəsi Tvitterdə bildirimişdi ki, sosial şəbəkə ABŞ Prezidentinin oğlunun hesabını həkimlərin hidroksixlorin haqda danışdığı videoya görə deaktiv edib.
Tvitter, öz növbəsində, bu paylaşıma cavab verərək bildirib ki, hesabın yalnız bəzi imkanlarına müvəqqəti – 12 saatlıq məhdudiyyət qoyulub. Videolu paylaşım isə yalan məlumatı əks etdirdiyi üçün silinib.


Baxış sayı: 316


Bölməyə aid digər xəbərlər