Bütün xəbərlər
Deputatlar şəhid kapitanın ailəsinə baş çəkiblər
Tarix: 18-09-2022 21:59 | Bölmə: Cəmiyyət

Bu gün Milli Məclisin deputatı Müşfiq Məmmədli Xızı rayonu Giləzi kəndində deputat həmkarı Razi Nurullayevlə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən



şəhidlik zirvəsinə ucalan kapitan Saleh Möhübbət oğlu Qurbanovun ailəsinə baş çəkiblər. Şəhidimizin atası ilə həmsöhbət olublar. Onun şərəfli həyat və döyüş yolundan danışıblar.
32 yaşlı Saleh Qurbanov ailəli idi. Bir övladı bizlərə əmanət qalıb.
Allah şəhidlərimizə rəhmət eləsin!

Sabaha-inamla.az









Baxış sayı: 447


Bölməyə aid digər xəbərlər