Bütün xəbərlər
“Yeniavaz” saytı həbs edilən şəxslə bağlı açıqlama yaydı
Tarix: 24-01-2022 13:13 | Bölmə: Cəmiyyət

                 “Yeniavaz” saytı həbs edilən şəxslə bağlı açıqlama yaydı



“Yeniavaz.com” saytı Baş Prokurorluq tərəfindən başlanan icraat üzrə həbs edilən Namiq Əliyevin onların əməkdaşı olmadığı barədə açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, yayılan məlumatda qeyd edilib ki, “Yeniavaz.com” (“Yeniavaz.az”) xəbər saytının Namiq Əliyev adında əməkdaşı mövcud deyil.
Bundan əlavə sözügedən şəxs barəsində və ya onun yaydığı hər hansı bir məlumat “Yeniavaz.com” saytında və sayta aid sosial şəbəkə vasitələrində yerləşdirilməyib.
Eyni zamanda hər hansı informasiyanın saytdan və ya sosial şəbəkədən götürülməsi ilə bağlı “Yeniavaz.com” xəbər saytına Baş Prokurorluq tərəfindən heç bir məlumat daxil olmayıb.


Baxış sayı: 211


Bölməyə aid digər xəbərlər