18:52 / 19-10-2026
Ankara Moskva və Kiyevin Qara dənizdə hərbi əməliyyatları dayandırmasını təklif etdi
18:49 / 19-10-2026
Politoloq Makronun taleyini proqnozlaşdırıb
18:46 / 19-10-2026
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
18:41 / 19-10-2026
Ayı hücumunda yaralanan oğlan neyrocərrahiyyə şöbəsinə köçürülüb
18:38 / 19-10-2026
Yatan arvadını diri-diri yandırmağa cəhddə təqsirli bilinib
18:36 / 19-10-2026
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18:33 / 19-10-2026
Rubio xəbər verir ki, ABŞ şirkətləri Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki hücumlarından şikayətlənirlər
18:30 / 19-10-2026
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18:06 / 19-10-2026
İspaniyada Adam fırtınası nəticəsində dörd nəfər ölüb
18:02 / 19-10-2026
Tibb bacısının qətli işində təqsirləndirilən şəxs cinayəti etiraf edib
17:59 / 19-10-2026
İran Kiyevi Xəzər bölgəsində iğtişaşlar yaratmaqda ittiham etdi
17:54 / 19-10-2026
Bir kişinin qətlində şübhəli bilinən həbs edilib
17:50 / 19-10-2026
Çin dron ixracı qaydalarını sərtləşdirəcək
21:58 / 18-10-2026
Азербайджанская культура на XXIV Международном фестивале искусств «Ярославские гуляния»
21:52 / 18-10-2026
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi
21:46 / 18-10-2026
İğtişaşlardan Fransa mağazalarına dəyən ziyan yüz milyonlarla avro dəyərində qiymətləndirilir
21:43 / 18-10-2026
Zəlzələ baş verib
21:39 / 18-10-2026
Məşhur türk müğənnisi narkotik qaçaqmalçılığına görə on ilə qədər həbs cəzası ala bilər
21:35 / 18-10-2026
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
21:30 / 18-10-2026
Zaxarova etirazların arxasında Albaniya vətəndaşlarının dayandığını bildirdi
19:18 / 18-10-2026
Kiçik təyyarə qəzaya uğrayıb
19:15 / 18-10-2026
SHOT: Pop MMA döyüşçüsü İbrahim İsmayılov Vladikavkazda güllələnib
19:07 / 18-10-2026
Rayt: "Vaşinqton Rusiya neftinə qarşı heç bir sanksiyanı yumşaltmayıb"
19:03 / 18-10-2026
Bağça direktoru qurğuşunlu laminatlı keklərə görə ömürlük həbs cəzasına məhkum edildi
19:00 / 18-10-2026
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
18:55 / 18-10-2026
Polşa öz ərazisindən Litvaya uçan pilotsuz təyyarə ilə bağlı xəbərlərə cavab verib
18:54 / 18-10-2026
"Zenit" və "Axmat" arasında keçirilən RPL matçından sonra idmançıların iştirakı ilə dava baş verib
18:47 / 18-10-2026
Beşmərtəbəli binada yanğın söndürülür
18:44 / 18-10-2026
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18:41 / 18-10-2026
Manyakın əl yazısını saxtalaşdırıb və 20 il azadlıqda yaşayıb
18:36 / 18-10-2026
Radiasiya qorxusu səbəbindən mənzillər 300.000 rubla satılır
18:33 / 18-10-2026
İtaliyada iğtişaşlar zamanı polis təxminən 200 nəfəri saxlayıb
18:30 / 18-10-2026
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
10:06 / 17-10-2026
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
“Seyfin oğurlanmasını rəisin arvadı və rəfiqəsi planlamışdı”
Tarix: 18-09-2021 21:32 | Bölmə: Cəmiyyət
Bakı Metropoliteninin Mexanikləşdirmə İdarəsinin sabiq rəisi Aslan İskəndərovun evindən 1,4 milyon manat oğurlamaq məqsədilə evinə basqın edən şəxslər cinayəti necə planladıqlarını etiraf ediblər.
“Qafqazinfo” xəbər verir ki, 5 nəfərlik dəstə sabiq rəisin külli miqdarda pulunu ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub onun mənzilinə girməyə cəhd ediblər. Məhkəmə materiallarına görə, onlar evdə olan ailə üzvlərinə zor tətbiq edərək A.İskəndərovun arvadı, qızı və bacısı qızına xəsarət yetiriblər.
Təqsirləndirilən şəxslər istintaqa verdiyi ifadələrdə bu işi özbaşına təşkil etmədiklərini, hər şeyi sabiq rəisin həyat yoldaşı G.İ. və rəfiqəsinin planladığını bildiriblər.
Məhkəmədə dindirilən zaman təqsirləndirilən Mirafiq V. oğurluğun G.İ. və rəfiqəsi Tacirə tərəfindən təşkil edildiyini deyib: “2011-ci ildə Tacirə adlı baxıcı ilə tanış olmuşdum. O, qardaşı Anarın imkanlı və evli bir qadınla münasibətinin olduğunu deyib, onların birgə şəkillərini mənə göstərdi. Tacirə qadının əri ilə münasibətlərinin pozulduğunu, yaşadığı mənzildə ərinə məxsus seyfdə 1 milyon 400 min manat pul olduğunu bildirdi. Təklif etdi ki, mən bir neçə adam tapım və pulları evdən oğurlayaq. G.İ.nın özünün də bu işə razı olduğunu bildirdi. Hətta mənim yanımda onunla videozənglə danışdı, o da seyfin yerini Tacirəyə göstərdi. Tacirə ilə danışığımız belə oldu ki, G.İ. özü oğurluğa girməyimiz üçün şərait yaradacaq. Qadın evdən çıxanda qapını açıq qoyub çıxacaq, biz də evə girib seyfi götürəcəyik. Bu iş üçün Saray qəsəbəsindəki tanışlarım Nəsimi, İskəndər, Nicat və Ruslanla danışdım. Evə girib G.İ.nin ağzını tutub, ona fiziki güc tətbiq etmək görüntüsü yaradacaqdıq. Tacirənin planına əsasən, qadına təzyiq olunmalı, mənzildən seyf götürüləndən sonra əşyalar dağınıq vəziyyətə salınmalı, mənzildə oğurluq hadisəsi olması görüntüsü yaradılmalı idi. Qadının qızı şübhələnməsin deyə bir nəfər də onun ağzını tutmalı idi. Mənzildən götürüləcək pulun 400 min dolları G.İ-yə çatacaqdı. Qalan pulu isə Tacirə, mən və evə girən şəxslər arasında böləcəkdik”.
5 nəfərlik dəstə planlaşdırdıqları oğurluğu həyata keçirmək üçün sabiq rəisin evinə yollanıblar. G.İ. qızı və bacısı qızı ilə birlikdə mənzildən çıxanda dəstə onlara hücum edib. Lakin hadisə zamanı qadın dəstənin işinə mane olub və onlara evə girmək üçün şərait yaratmayıb. Xanımlar qışqırmağa başlayıblar, onların qışqırıqlarına qonşular gəlib və dəstə üzvləri qaçmalı olublar. Həmin vaxt Aslan İskəndərov da evdə olub.
Təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, hadisə onlara deyilən kimi olmayıb. Onlar mənzilin qapısına çatanda G.İ.yə yaxınlaşıb işarə ediblər ki, sussun və şərait yaratsın ki, evə girib pulları götürsünlər. Amma qadın və qızı səs-küy salmağa başlayıb. Dəstə üzvləri həmin vaxt başa düşüb ki, qadının bu işdən xəbəri yoxdur.
Aslan İskəndərov ifadəsində bildirib ki, evdə həqiqətən seyf olub: “Arvadım ilə həmişə yaxşı münasibətimiz olub. Evimizdə həqiqətən seyf var idi, amma onun içində 1,4 milyon yox, cəmi 700 manat pul və mənə aid sənədlər olub. Hadisə vaxtı hamamda olmuşam. Birdən qışqırıq səsləri eşitdim. Çölə çıxanda qadınlar tələsik özlərini evə atdılar, həyəcanlı vəziyyətdə “çıxma, dörd nəfərdilər” dedilər. Qızların ağzından qan gəlirdi”.
G.İ. isə ifadəsində təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını deyib: “Qızımın iş yerində Tacirə adlı qadınla tanış olmuşdum. Tacirə də məni Xanımzərlə tanış etmişdi. Onlar evimizə gedib-gəliblər. Hətta Tacirə bizi Göygöldə ata evində qonaq edib. Tacirənin qardaşı ilə münasibətim olmayıb. O, bir dəfə mənzilə kondisioner quraşdırmaq üçün ustalar gətirib, bu qədər. Hadisə günü ərim evdə olduğundan qapını açarla bağlamadım. Liftin gəlməsini gözləyəndə iki nəfər oğlanın mənzilin qapısına tərəf gəldiyini gördüm. Onlar bizə zor tətbiq etdilər. Daha sonra oğlanı itələyib qışqırdım. Onlar bizi döydülər. Qızların qışqırıq səslərinə qonşular çıxdı. Bunu görən oğrular qaçdılar”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirafiq.V 13 il, digərləri 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Baxış sayı: 648
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:46
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
Bu gün, 17:54
Bir kişinin qətlində şübhəli bilinən həbs edilib
Dünən, 19:00
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
15-10-2026, 19:54
Tanışını öldürməkdə ittiham olunub
15-10-2026, 19:23
İnsan qalıqları olan torbalar tapılıb
15-10-2026, 19:17
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
14-10-2026, 21:49
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
14-10-2026, 21:43
Fotoqraf həbs edilib
14-10-2026, 20:59
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
13-10-2026, 20:43
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
13-10-2026, 20:22
Polis məmuruna atəş açıb
12-10-2026, 22:15
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
12-10-2026, 22:10
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
12-10-2026, 21:31
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
11-10-2026, 18:59
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
11-10-2026, 18:45
11 nəfər ölüb, 27 nəfər yaralanıb
11-10-2026, 18:19
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
8-10-2026, 23:13
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
8-10-2026, 23:06
Elvin Mahmudzadə yenə həbs edildi
8-10-2026, 19:41
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
8-10-2026, 19:33
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
8-10-2026, 19:20
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
7-10-2026, 20:17
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
7-10-2026, 20:13
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
6-10-2026, 18:52
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
6-10-2026, 18:43
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
5-10-2026, 15:16
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
4-10-2026, 20:08
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
4-10-2026, 20:02
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
4-10-2026, 18:55
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
4-10-2026, 18:35
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
1-10-2026, 18:48
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
1-10-2026, 17:03
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
1-10-2026, 16:58
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
30-09-2026, 20:42
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
30-09-2026, 20:11
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar