Bütün xəbərlər
Bakıda 40 yaşlı kişi metronu bir-birinə qatdı -QƏRİBƏ OLAY
Tarix: 04-12-2017 21:31 | Bölmə: Cəmiyyət
Bu gün 40 yaşlı kişi Bakı metropolitenində həyəcanlı anların yaşanmasına səbəb olub.
 
Lent.az-ın məlumatına görə, saat 18:45-də 1977-ci il təvəllüdlü, Bakı şəhər sakini Nuriyev Sabir Siyavuş oğlu həyatını təhlükəyə ataraq, 14 saylı marşrut üzrə hərəkət edən qatarın 1-ci və 2-ci vaqonların arasında getməyə cəhd göstərib.
 
Metropoliten əməkdaşları "Gənclik" stansiyasında adıçəkilən şəxsi dayandıra biliblər.
 
O, polis əməkdaşlarına təhvil verilib.
 
Bakı metropolitenində polis şöbəsinin əməkdaşları tərəfindən faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 954


Bölməyə aid digər xəbərlər