21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
Yanğında bir uşaq ölüb, daha ikisi reanimasiyadadır
Tarix: 04-12-2024 17:11 | Bölmə: Cəmiyyət

Kurqan bölgəsində bir uşaq mənzildə baş verən yanğında ölüb, daha ikisi reanimasiyadadır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Şadrinskdə 4, 6 və 14 yaşlı qızların və onların anasının olduğu yaşayış binasının birinci mərtəbəsində mənzil yanıb. Rusiyanın Fövqəladə Hallar Nazirliyi Telegram kanalında bildirib ki, böyük bacı ölüb, kiçik bacılar dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib, anaya da tibbi yardım göstərilib.
Alov 45 kvadratmetr ərazini əhatə edib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 14 mütəxəssisi və 4 texnikası cəlb olunub.
Yanğın zamanı mənzildə bir ana və dörd uşağın yaşadığı bildirilir. Vilayətin qubernatoru Vadim Şumkov zərərçəkmiş ailəyə bütün lazımi yardımların göstərilməsini tapşırıb.



Baxış sayı: 369


Bölməyə aid digər xəbərlər
Dünən, 21:43 Fotoqraf həbs edilib